Ölkəmizdə virusa yoluxma daha çox bu ərazidədir

Ölkədə ümumi yoluxma sayının 45 faizi paytaxtın payına düşür.

XALQ.AZ xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Operativ Qərargahın bu gün baş tutan brifinqdə deyib.

Z.Əliyev bildirib ki, Gəncədə xüsusi karantin rejiminə riayət edilmədiyi üçün yoluxanların sayı artıb:

“Yoluxma dairəsi daha çox ailə üzvlərini əhatə edir. Eyni zamanda tibb işçiləri də yoluxma ocağı funksiyasını daşıyır. Gəncədə bu halların hər ikisinə rast gəlinib. Bölgəyə ezam olunan əməkdaşlarımız bu halları aşkarlayıb və qarşısının alınması üçün tədbirlər görür”.

O bildirib ki, cənub bölgəsində yoluxmanın yayılması İran sərhədindən ölkəmizə daxil olan insanlardan qaynaqlanır.

Sədr qeyd edib ki, əvvəllər gündə 200-300 test həyata keçirilirdisə, bu gün bu rəqəm 5 minə çatdırılıb.