Oman sultanı vəfat edib

Oman Sultanlığına 1970-ci ildən rəhbərlik edən Sultan Qabus bin Səid Əl Səud yanvarın 10-da 80 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

XALQ.AZ xəbər verir ki, bu barədə Oman agentliyi sultanın dəftərxanasına istinadən məlumat verir.

Sultanlıqda üçgünlük matəm elan olunub. Bu müddətdə ictimai və özəl idarələr və təşkilatlar işləməyəcək.

Sultan son illər Almaniyada müalicə olunurdu. Onun varisi yoxdur.

XALQ.AZ