Ombudsman Milli Məclisdə hesabatı qəbul edilib – YENİLƏNDİ

Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanda İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova 2017-ci il üzrə illik məruzəni təqdim edib.

“Report”un xəbərinə görə, deputatların müzakirəsindən sonra hesabat səsverməyə çıxarılaraq qəbul olunub.


Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanda İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova 2017-ci il üzrə illik məruzə ilə çıxış edir. XALQ.AZ-ın xəbərinə görə, E.Süleymanova ötən il görülən işlərlə bağlı məlumat verir.

Qeyd edək ki, Elmira Süleymanova məruzəni bitirdikdən sonra sənədi deputatlar müzakirə edəcəklər.