Ombudsman Ramiz Mehdiyevin nəvəsinin toyunda belə rəqs edir-Video

Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA-nın prezidenti akademik Ramiz Mehdiyevin nəvəsinin qalmaqal yaradan toyundan yeni görüntülər yayılıb.

XALQ.AZ həmin görüntüləri təqdim edir.

Qeyd edək ki, avqustun 18-də Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi keçirilib.

Mərasim Novxanıda bağ evində baş tutub.Görüntülərdə Ramiz Mehdiyev də yer alıb.Mərasimdə Bakı Dövlət Universitetinin sabiq rektoru, akademik Abel Məhərrəmov Ramiz Mehdiyevin şərəfinə “tost” deyib.

Videodan da göründüyü kimi, Ombudsman Səbinə Əliyeva “Abşeron torpağı” mahnısına digər qonaqlarla rəqs edir.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar martdan bəri Azərbaycanda toyların keçirilməsinə qadağa var.

XALQ.AZ