Ombudsmanın hesabatı Milli Məclisə daxil oldu

Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2019-cu il üzrə illik hesabatı Milli Məclisə daxil olub.

XALQ.AZ xəbər verir ki, sənəd parlamentin aprelin 24-də keçiriləcək iclasında müzakirə olunacaq. 

Hesabatı Ombudsman Səbinə Əliyeva təqdim edəcək.