Ombudsmanın hesabatı müzakirəyə çıxarılır

İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) 2019-cu il üzrə illik məruzəsi aprelin 21-də parlamentin İnsan hüquqları komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

XALQ.AZ xəbər verir ki, iclasda deputatlar fikir və təkliflərini açıqlayacaqlar.

Komitənin iclasında Ombudsman Səbinə Əliyevanın da iştirakı gözlənilir.