Onlar bu halda cərimə edilməyəcəklər

Sabahdan etibarən Azərbaycan ərazisində hərəkət məhdudlaşdırılır.  Bu durumda vətəndaşları maraqlandıran suallardan biri də icazəsiz yaşayış yerini tərk etdikdə cərimə olunub-olunmamalarıyla bağlıdır.

DİN-dən XALQ.AZ-a verilən məlumata görə, müvafiq icazə olmadan evdən çıxan vətəndaşlar evə qayıtmaqla bağlı polisin tələbini və dərhal, sözsüz yerinə yetirdikdə onlar cərimə olunmurlar.

Həmin şəxslər yalnız xəbərdarlıq edilir.