Onlar da deputatlığa namizəd oldular

Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş daha bir millət vəkilinin, eyni zamanda, bitərəflərdən (müstəqillərdən) olan daha bir deputatın namizədliyi qeydə alınıb.

XALQ.AZ-ın əldə etdiyi məlumata görə, bunlar professorlar-Sahibə Qafarova ilə Rüfət Quliyevdir

S.Qafarova 98 saylı Şəmkir şəhər seçki dairəsi, R. Quliyev 73 saylı Lənkəran şəhər dairəsi, A. Kərimli 112 saylı Qax dairəsindən seçkilərə qatılıblar.

S. Qafarova 98 saylı, R. Quliyev 73 saylı Dairə Seçki Komissiyası (DSK) tərəfindən qeydə alınb.

S.Qafarova və R. Quliyev saytımıza açıqlamalarında namizədliklərinin qeydə alındıqlarını təsdiqləyiblər.

“Artıq namizəd kimi qeydə alınmışam. Namizədliyimin qeydə alınmasında, imzatoplama kampaniyamda zəhməti, əməyi keçən hər kəsə də minnətdarlığımı bildirirəm. İndi geniş danışmaq istəmirəm, seçkilərin növbəti mərhələsinə hazırlaşıram”-deyə, R. Quliyev sözlərinə əlavə edib.

Qeyd edək ki, S. Qafarova 3-cü, R. Quliyev 4-cü, seçkilərdə iştirak edir.

S. Qafarova 4 və 5-ci, R. Quliyev 3, 4 və 5-ci çağırış Milli Məclisin (MM) üzvü olublar.

Hər ikisi də hazırda təmsil etdikləri bölgələrən, seçki dairələrindən namizəddirlər.

S. Qafarova filologiya elmləri doktoru, professor, Bakı Slvayan Universitetinin (BSU) prorektorudur.

Azərbaycanın “Avronset” Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri, Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvüdür.

Həmçinin, Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavinidir.

Ailəlidir, iki övladı var.

R. Quliyev iqtisad elmləri doktoru, Azərbaycan Texniki Universitetinin (ATU) professoru və kafedra müdiridir.

MM-in Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-İtaliya, Azərbaycan-Hindistan, Azərbaycan-Danimarka parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.

Həmçinin, MM-in MDB Parlamentlərarası Assambleyasındakı (PA) nümayəndə heyətinin üzvüdür.

Ailəlidir, iki övladı var.

XALQ.AZ