Onlar Hadı Rəcəblini dəstəklədi – FOTO

Osaküçə kənd seçicilərinin təkidli xahişini nəzərə alaraq 74 saylı Lənkəran kənd seçki dairəsindən  deputatlığa namizəd Hadi Rəcəbli Osaküçə kəndinə gəlib .

XALQ.AZ xəbər verir ki, deputatlığa namizədin 50 ildən artıq dostluq etdiyi Şahrza Dövlətov, Allahverdi Həbibov və digərləri  vaxtaşırı görüşdüklərindən və maraqlı xatirələrindən söhbət açdılar.

Həmin kəndin şəhidlərınin xatirəsinə yaradılmış memarandumun yanında 50-dən çox kənd sakini Hadi Rəcəbliylə səmimi söhbət etdilər. Zaman-zaman görülən işləri yada saldılar. Ölkəmizdəki sabitlik, əmin-əmanlıq, sosial sistemdəki köklü dəyişikliklər, əmək haqlarının artırılması və digər məsələləri yada saldılar.

 Onlar “Yeni Azərbaycan Partiyası”nın sədri, ölkə  prezidenti İlham Əliyev cənablarına, Hadi Rəcəblinin deputatlığa namizədliyini irəli sürdüklərini  yüksək qiymətləndirdilər. Seçicilər qeyd etdilər ki, əvvəlki illərdə kəndin köhnə məktəbində görüş keçirən Hadi Rəcəbli, hələ o dövrdən təşəbbüslə çıxış edərək yeni məktəbin tikilməsinə nail oldu. Məktəbin müəllimləri ona görə və parlamentdə müəllimlərin mənafeyini müdafiə etdiyinə görə ona dərin təşəkkürlərini bildiriblər.

Kəndin  icra nümayəndəsi Ramin Dövlətov qeyd etdi ki, iki gün bundan öncə Hadi müəllimlə telefonla danışıb, kəndin 40 ailəsinin elektrik təhcizatının ciddi problemləri olduğunu vurğulayıb.  Hadi müəllim məsələni təcili yuxarı orqanların qarşısında qaldırmış və bu gün həmin idarənin baş mütəxəssisi Məhərrəm Qurbanov  gəlmiş, müasir tələblərə cavab verən elektrik  enerjisi təhcizatı ilə bağlı mütəxəssislərlə birgə əməli tədbirlər görməyə başlayıblar.

Seçicilər yekdilliklə Hadi Rəcəbliyə səs verəcəklərini, onu dəstəkləyəcəklərini xüsusi vurğulayıblar.  

Sonda seçicilər deputatlığa namizəd Hadi Rəcəbli ilə xatirə şəkli çəkdirilib.

XALQ.AZ