Onlayn dərslərə görə hər ailəyə planşet veriləcək? – Rəsmi

1599218280 modern.az t 752

Təhsil Nazirliyi onlayn dərslərin keçirilməsi üçün məktəbyaşlı uşağı olan hər ailəyə bu qurum tərəfindən bir planşetin veriləcəyi barədə yayılan məlumatlara münasibət bildirib.

XALQ.AZ xəbər verir ki, nazirlikdən Trend-ə bu məlumatın doğru olmadığı bildirilib.

Pandemiya ilə əlaqədar siniflərdə əlavə partaların qoyulması, xüsusi nişanlarla işarə edilmə və s. kimi dəyişikliklərin edilib-edilməməsinə gəldikdə, TN-dən qeyd edilib ki, hazırda bu məsələ ilə bağlı İşçi qrup tərəfindən hazırlıq işləri aparılır.

Nazirlik bu barədə ictimaiyyətə məlumat veriləcəyini də açıqlayıb.