Onun heykəli Bakı və Zaqatalada ucaldılıb – İlham Əliyev

Ukraynanın böyük oğlu şair Taras Şevçenkonun xatirəsi Azərbaycanda əbədiləşdirilib. Onun heykəli Bakı və Zaqatalada ucaldılmışıdır.

XALQ.AZ xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Vladimir Zelenskinin şərəfinə verilən rəsmi ziyafətdə çıxışı zamanı deyib.

“Azərbaycanla Ukrayna arasında mədəni və humanitar sahələrdə də əməkdaşlığın uğurlu təcrübəsi vardır. 2001-ci ildən Bakı Slavyan Universitetində Ukrayna Tədris-Mədəniyyət Mərkəzi, Ukraynanın da bir sıra təhsil ocaqlarında Azərbaycan mədəniyyət mərkəzləri fəaliyyət göstərir.
Paytaxtımızın parklarından biri məşhur şairə-dramaturq Lesya Ukrainkanın adını daşıyır, həmin parkda onun büstü qoyulub. 2019-cu ildə Azərbaycanın görkəmli mütəfəkkir şairi İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunur. Əlamətdar haldır ki, bu ilin mayında böyük şair Nəsiminin Kiyevdə heykəlinin rəsmi açılışı olmuşdur. Bakının əsas nəqliyyat qovşaqlarından biri Ukrayna dairəsi adlanır. Bütün bunlar xalqlarımız arasında mövcud olan möhkəm dostluğun göstəricisidir”, – Prezident söyləyib.

XALQ.AZ