Onun qarşısında əyilmədim

1

 

Xalq artisti Nazpəri Dostəliyeva həmkarı İlhamə Quliyeva ilə aralarındakı məhkəmə prosesindən danışıb.

Xalq.az-ın məlumatına görə, “APA TV”-də yayımlanan “Üç valet” verilişinin qonağı olan müğənni qalmaqalla bağlı suallara belə cavab verib:

“Məhkəməyə müraciət edən mən olmamışam. Hər zaman mənəm-mənəm deyib, nəyəsə arxayın olub, çox müğənnilərlə məhkəmə dili ilə danışan o olub. Məndən xoşu gəlmədi, çünki onun verdiyi titulun altına imza atmadım, qarşısında ikiqat olub baş əymədim. Mən o adam deyiləm. Nə edim ki, bu cür yaranmışam”.

N.Dostəliyeva verilişlərə qatılmamağının səbəbini də açıqlayıb:

“Əvvəllər telekanallara sənət lazım idi. İndi efirə çıxan kimi qıcıqlandırıcı suallar verirlər, reytinq xatirinə musiqidən uzaq ab-hava yaradırlar. Buna görə də efirdə az-az görünürəm”