Öpüşdüyüm üçün ayrıldıq

19

 

“Yarpaq tökümü” serialının aktrisası Başak Sayan maraqlı açıqlamaları ilə hər kəsi təəccübləndirib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, serialdakı bir səhnəyə görə sevgilisindən ayrıldığını söyləyib:

“Çox aşiq idim. O vaxtlar “Yarpaq tökümü”ndə öpüşmə səhnələri var idi. Sevgilim bu səhnəyə çəkilsəm, məndən ayrılacağını söyləmişdi. Mən isə ona bunun əlimdə olmadığını demişdim. Əlbəttə ki, rejissor bu səhnəni canlandırmalı olduğumu dedi və mən onun sözünə əməl etdim. Nəticədə ayrıldıq”.