Oqtay Əsədov ATƏT-in Minsk Qrupunu tənqid etdi

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov ATƏT-in Minsk Qrupunu tənqid edib.
XALQ.AZ  xəbər verir ki, parlament sədri iradlarını ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz regionu üzrə yeni təyin edilmiş xüsusi nümayəndəsi, səfir Rudolf Mihalkanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib.
“Təəssüflər olsun ki, münaqişənin həlli üçün danışıqların getdiyi 25 ildən artıq müddətdə ATƏT-in Minsk qrupu ortaya normal bir sənəd çıxara, normal bir yol göstərə bilməyib. Minsk qrupu münaqişənin həlli istiqamətində səylərini artırmalıdır”, – deyə spiker vurğulayıb.
Rudolf Mihalka isə Azərbaycan haqqında, mövcud münaqişələr barədə kifayət qədər məlumatlı olduğunu söyləyib: “Çalışacağam ki, mövcud münaqişələrin həllində ATƏT öz səylərini artırsın. ATƏT münaqişənin sülh yolu ilə həll olunması prosesini dəstəkləyir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.