Oqtay Əsədov: “Milli Məclisin yaz və növbədənkənar sessiyaları uğurla keçirilib”

oqtay esedov

“Milli Məclisin yaz və növbədənkənar sessiyaları uğurla keçirilib. Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini parlament səviyyəsində dəstəkləmək üçün bütün lazımi tədbirlər görülüb”.

XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib.

Spiker qeyd edib ki, bu sessiyalar müddətində parlamentin 17 plenar iclası keçirilib, 214 qanun və qərar qəbul edilib.