Oqtay Əsədov bu xanıma vəzifə verdi – FOTO

Milli Məclisin sabiq sədri Oqtay Əsədovun rəhbəri olduğu  Azərbaycan Tennis Federasiyasında kadr dəyişikliyi olub.  

XALQ.AZ-ın məlumatına görə, O.Əsədov  Sabirə Abdullayevanı federasiyanın icraçı direktoru təyin edib. 

Qeyd edək ki, Sabirə Abdullayeva  “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında menecer Yalçın Manafovun köməkçisi vəzifəsində çalışıb. Yalçın Manafov isə hazırda tennis üzrə milli komandanın baş məşqçisi vəzifəsində çalışır.

XALQ.AZ