Oqtay Əsədov müəllimləri təbrik etdi

Parlamentin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Aydın Mirzəzadə bütün müəllimlərin peşə bayramını təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzu edib.

XALQ.AZ xəbər verir ki, deputat bildirib ki, Azərbaycan cəmiyyəti öz müəllimləri, təhsili ilə fəxr edir.

“Azərbaycanda təhsilə göstərilən qayğı özünü göstərir. Ölkəmizdə son 15 ildə 3500 məktəb ya təmir edilib, ya da yenidən tikilib. Azərbaycanda orta məktəb, eləcə də universitet məzunlarının uğurları göz qarşısındadır.

Deputatlar arasında da müəllim fəaliyyəti ilə məşğul olanlar var. Onları da bu gün münasibətilə təbrik edirəm”.

Milli Məclisin spikeri Oqtay Əsədov da bu təbriklərə qoşulub və Azərbaycan müəllimlərini peşə bayramları münasibətilə təbrik edib.

 

Orxan