Oqtay Əsədov növbəti erməni yalanlarını ifşa etdi

Bir müddət öncə Milli Məclisin sədri Oqtay Əsədov Avropa Parlamentinin fransalı vitse-prezidenti Silvi Qiyomun mart ayının 6-da özünü qondarma “Dağlıq Qarabağ Respublikasının spikeri” adlandıran Aşot Qulyanla görüşməsi ilə bağlı AP-nin Sədri Antonio Tayaniyə etiraz məktubu ünvanlamışdı. Avropa Parlamentinin sədri cənab Antonio Tayani Milli Məclisinin sədri cənab Oqtay Əsədova cavab məktubu ünvanlayıb.XALQ.AZ -ın məlumatın görə məktubda keçirilmiş görüşün xanım Qiyomun fərdi mandatı çərçivəsində baş tutduğu ifadə edilmiş, fransalı deputatın bu görüşü AP-nin vitse-prezidenti kimi deyil, müstəqil bir deputat olaraq, şəxsi formatdə keçirdiyi və bunun AP-nin rəsmi fəaliyyətinə heç bir aidiyyatının olmadığı vurğulanmışdır. Cavab məktubunda bildirilir ki, “… xanım Qiyom bu görüşü parlamentin sıravi bir üzvü kimi, fərdi zəmində keçirmiş və həmin görüşlə bağlı Avropa Parlamentinin Dağlıq Qarabağ münaqişəsi üzrə mövqeyinə zidd olan hər hansı bir açıqlama ilə çıxış etməmişdi

Avropa Parlamenti Sədrinin məktubu separatçı rejim nümayəndələrinin şəxsi zəmində keçirdikləri qeyri-rəsmi görüşü az qala qondarma rejimin AP-də rəsmi səviyyələrdə qəbul edilməsi kimi təqdim etmək cəhdlərini bir daha ifşa edir. Beləliklə, saxta “spiker”in mətbuatda yayımladığı saxta məlumatlar Avropa Parlamentinin sədri səviyyəsində rəsmən təkzib olundu.

Avropa Parlamentinin sədri öz məktubunda həmçinin Azərbaycan xalqına Novruz Bayramı münasibəti ilə təbriklərini çatdırmış və Novruz bayramı ərəfəsində Azərbaycan Respublikası prezidenti tərəfindən 400 nəfərin azadlığa çıxması haqqında əfv fərmanı imzalanmasını alqışladığını qeyd etmişdir.