Oqtay Əsədov Tükiyəyə gedir

47

 

Türkiyənin yeni seçilən prezidenti Rəcəb Tayyib Ərdoğanın avqustun 28-də keçiriləcək andiçmə mərasiminə xarici dövlətlərdən kimlərin qatılacağı bilinib.

XALQ.AZ saytı Anadolu agentliyinə istinadən xəbər verir ki, inaqurasiya mərasimində Türkmənistan, Benin, Ukrayna, Qazaxıstan, Toqo, Bolqarıstan, Moldova, Makedoniya, Albaniya, Somali və başqa bir neçə ölkənin  prezidentləri iştirak edəcək.

Azərbaycandan isə Milli Məclisin sədri Oqtay Əsədov andiçmə mərasiminə qatılacaq.

Rusiya, İran, Almaniyanı isə xarici işlər nazirləri təmsil edəcək.

ABŞ-dan tədbirə kimin qatılacağı isə bilinmir. Çin isə xüsusi tədbirə xüsusi nümayəndə göndərəcək.