Oqtay Gülalıyevlə bağlı – Yeni xəbər

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin vəziyyəti ilə bağlı yenilik var.

XALQ.AZxəbər verir ki, bu barədə Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev özünün Feysbuk hesabında paylaşıb.

Paylaşımda qeyd olunub ki, O.Gülalıyevin müayinəsi üçün türk həkim gəlib:

“Bu gün atam Oktay Gülalıyevin EEG müayinəsi üçün Bülent Kahyaoğlu həkim gəlib. Onun bildirdiklərinə görə atamın komadan ayılma ehtimalı çoxdur. Amma təəssüflə bildirib ki, baş nahiyəsində zərbə ağır olduğuna görə və az da olsa “ödəm” qaldığı üçün zamana ehtiyacımız var.

Çəkilən şəkildə göründüyü kimi, atam sağ gözünü az da olsa, açmaq istəyib”.