“Orbita” MTK rəhbəri Famil Bağıyev sakinlər yaşaya-yaşaya binanı sökür? – Video
Metronun Qara Qarayev stansiyasının yaxınlığında sakinlər ilə MTK razılığa gələ bilmirlər.

XALQ.AZ söhbət paytaxtın Nizami rayonu, Kamil Balakişiyev küçəsindən gedir.

Ümumilikdə binada 100-dən artıq ailə yaşayır. Onların əksəriyyəti ilə razılıq əldə edilsə də, 15-ə yaxın əmlak sahibi istəklərinin təmin edilmədiyini bildirir.

Məlum olduki, həmin ərazidə 4 küçənin kəsişməsində “Orbita” MTK, 7 ədəd, 15 mərtəbəli yaşayış binasını tikilir.
Şirkətin tikinti direktoru Qulu Cəfərov bildirdi i, artıq 32 ailə köçürülüb, 80-a yaxın ailə ilə razılıq əldə edilsə də, 15 ailəni razı sala bilmirlər. O hazırda bu istiqamətdə işin getdiyini bildirdi.
Qulu Cəfərov sakinlər ola-ola binanın sökülməsi məsələsinə də aydınlıq gətirdi.
Qeyd eddək ki, “Orbita” MTK -nın rəhbəri Famil Bağıyev.