Orduda xüsusi qoşun növü yaradılır

4

 

Azərbaycan Ermənistana qarşı Türkiyənin Özəl Timinə bənzər könüllülər dəstəsi formalaşdırmağa başlayıb

Bir müddət əvvəl ölkə mətbuatında Azərbaycanda Ermənistana qarşı könüllülərdən ibarət xüsusi dəstələrin yaradıldığına dair məlumatlar yayılmıqşdı. Həmin məlumatlarda deyilirdi ki, bu dəstələrin yaradılmasının başlıca səbəbi Azərbaycan Ordusuna əlavə dəstəyə nail olmaqdır.
Könüllü Dəstələr məsələsi heç də kənardan göründüyü kimi sadə deyil. Belə ki, bu prosesə qoşulmaq istəyənlərin hər biri ən azından xüsusi qoşun növlərində qulluq etmiş şəxslər olmalıdır. Eyni zamanda, xüsusi təyinatlı qoşunlarda qulluq etmişləri isə prosesə cəlb etmək üçün bütün vasitələrdən istifadə olunduğu deyilir.

Məlumatda vurğulanır ki, Ermənistana qarşı aparılacaq mübarizədə könüllülərdən ibarət qoşunun ümumi sayı 10 min nəfər nəzərdə tutulur. Xüsusi peşəkarlıqla hazırlanmaları nəzərdə tutulan könüllülərin Türkiyədəki kimi «Özəl Tim» olması planlaşdırılır.

Qeyd edək ki, Türkiyədə Özəl Tim xüsusi təyinatlı qoşun növüdür və orada qulluq edən hərbçilərin bacarığı və fiziki hazırlığı ən yüksək səviyyədədir. Bu qoşun növündə qulluq edən əsgər və zabitlər günlərlə ac və susuz qala bilərlər. Onlar üçüq ərazinin hansı releyfə malik olması önəmli hesab olunmur. Bu qoşunda qulluq edənlər qarşı və şaxtalı havada dağlarda günlərdə yaşamağı bacarır və bütün çətin situasiyalardan çıxmağı bacarırlar. Türkiyənin Özəl Tim ilə bağlı Qərb generallarının maraqlı bir deyimi var: «İraqı ələ keçirmək üçün Amerika 100 min qoşundan istifadə edincə, müttəfiqi Türkiyənin Özəl Timni alsaydı daha az zərərlə işin içindən çıxa bilərdi».