Ordumuz üçün yığılan vəsait açıqlandı

XALQ.AZ xəbər verir ki, 2018-ci il iyunun 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlanıb.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna 1 iyun 2018-ci il tarixədək 91.117.673,50 AZN, 213.577,88 ABŞ dolları, 11336,0 avro və 5000,0 rubl vəsait daxil olub.

 

Orxan