“Orduya dəstək yürüşü olmasaydı…”

4053497

“14 iyulda Qarabağın azad olunması ilə bağlı vətəndaşların həmrəyliyi qürurverici idi. Bütün ictimaiyyət gördü ki, bu məsələdə Azərbaycan cəmiyyətində vahid mövqe var”.

XALQ.AZ-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, orduya dəstək yürüşü olmasaydı, bugünkü rəqəmlər daha aşağı olardı:

“Epidemioloqlar tərəfindən aidiyyəti araşdırma aparılır. Burada koronavirus daşıyıcısı olan insanların toplanması var idi. Ona görə, vətəndaşlar kütləvi tədbirlərdən qaçmalıdırlar, karantin qaydalarına zidd olaraq yas mərasimlərinə getməməlidirlər”.

“Təcrübə göstərir ki, kütləvi yoluxma belə tədbirlər çərçivəsində baş verir”, – deyə, H.Hacıyev qeyd edib.