“Oriqami sənəti” adlı layihənin açlış mərasimi olub

 

22-24 oktyabr 2017-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “ART VİLLA” sərgi salonunda Yapon mədəniyyətinin inciləri olan oriqami və anime sənət növündən bəhs edən “Oriqami Sənəti” adlı layihənin icrasına start verilib.

 

3 gün davam edən tədbirdə layihə iştirakçıları ərsəyə gətirdikləri əsərlərin nümayişini həyata keçirərək, onların hazırlanması yolları haqqında ziyarətçilərə geniş məlumat veriblər.

Layihə rəhbəri Qoşqar Məmmədov bildirib ki, çoxdandır bu sənətlə məşğuldur. Q. Məmmədov onlara qoşulmaq istəyən gənclərin asudə vaxtının səmərəli təşkilini Yapon mədəniyyət növü ilə dəyərləndirmələrini məsləhət edib.