Orqan transplantasiya ilə bağlı yeni qanun layihəsi hazırlanır

Azərbaycanda “İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” yeni qanun layihəsi hazırlanır.

XALQ.AZ  xəbər verir ki, bu barədə Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.

O qeyd edib ki, hazırki qanunda çatışmazlıqlar mövcuddur: “Yəni, günün tələblərinə cavab vermir. Bu gün donorluq və transplantalogiya inkişaf edib. Əvvəllər qəbul edilən qanunların müddəaları günün tələblərinə uyğun gəlmir. Xüsusilə də meyitdən orqan və toxuma götürülməsi orada əksini tapmayıb. Bu da donorluq və transplantalogiyanın əsasını təşkil edir”.

 

Orxan