Orta məktəblərdə dərslər necə təşkil olunacaq? – Nazir açıqladı

Beşinci sinifdən doqquzuncu sinifə qədər şagirdlər həm əyani, həm də onlayn tədrisə başlayacaq.

XALQ.AZ xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, burada da tədris prosesində epidemioloji vəziyyət nəzərə alınmaqla, növbəti mərhələli addımlar müəyyənləşdiriləcək. 

Nazir qeyd edib ki, bütün proseslər qaydasında gedərsə, ümumilikdə 1 milyon 300 min şagirdin uyğunlaşdırılmış formada hissə-hissə tədrisə qaytarılması planlaşdırılır.