”Ötən bir il tərəqqi və inkişaf ili kimi yadda qaldı”

Milli Məclisin deputatı, QHT Şurasının sədri Azay Quliyev İlham Əliyevin Prezident seçilməsinin 1 ili münasibətilə “Tvitter” hesabında status yazaraq, bu dövrü müsbət qiymətləndirib.

XALQ.AZ xəbər verir ki,  Azay Quliyev fikirlərini sosial şəbəkə hesabında qeyd edib:

“Bu gün cənab İlham Əliyevin yenidən Prezident seçilməsinin 1 ili tamam oldu. Keçən bir il modern Azərbaycan quruculuğu, yeni islahatların başlanğıcı, sosial problemlərin həlli, böyük əfv, vətəndaş-prezident birliyinin daha da güclənməsi, tərəqqi və inkişaf ili kimi yadda qaldı”.

 

Orxan