Ötən il Gürcüstana 29 min ton aviasiya nefti ixrac edilib

2017-ci ildə Gürcüstan Azərbaycandan 28,6 min ton aviasiya nefti idxal edib.

APA-nın yerli bürosunun Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyinə istinadən verdiyi xəbərə görə, ötən il qonşu ölkənin idxal etdiyi aviasiya neftinin 29,8%-i Azərbaycanın payına düşüb.

Ötən il Gürcüstan, ümumilikdə 96 min ton aviasiya nefti idxal edib ki, bu da 2016-cı illə müqayisədə 25,3 min ton və ya 26,4% çoxdur.

Gürcüstan Azərbaycanla yanaşı qeyd olunan neft məhsulunu Türkmənistan (40,3 min ton), Yunanıstan (22 min ton), Misir (3,8 min ton), Türkiyə (0,8 min ton) və İtaliyadan (0,5 min ton) idxal edib.