Ot bağlaması “KamAZ”la birlikdə kül oldu

Hacıqabulda yük avtomobili yanıb.
Fövqəladə Hallar Nazirliyindən XALQ.AZ-a verilən xəbərə görə, rayonunun Rəncbər kəndində “KamAZ” markalı yük avtomobilinin banı və banına yığılan 1 ton ot bağlaması yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.