Öz evindən oğurluq edən şəxs tutuldu (VİDEO)

Abşeron rayonundan öz evindən oğurluq edən şəxs saxlanıldı. Səhv eşitmədiniz saxalanılan 19 yaşlı Toğrul Səlimzadə təhsil aldığı kollecdə akademik borcları olduğu üçün belə bir addım atdığını deyir.

Valideynlərindən gizli iş görən 19 yaşlı Səlimzadə oğurluq əməlinə görə Abşeron polisi tərəfindən saxlanılıb. Amma o bu cinayət əməlini kənar yerdən yox elə öz evləridə törədib. Kollec tələbəsi olan gənc evdə heç kəsin olmadığından istifadə edərək mənzilə əməlli başlı əl gəzdirib.

Abşeron Rayon Polis Şöbəsinin müstəntiqi Ayaz Kazımovun sözlərinə görə, Toğrul Səlimzadə evdən televizor, kompüter və 2900 AZN məbləğində pul oğurlayıb: “Bundan sonra həmin əşyaları və pulu dostuna saxlaması üçün verən Toğrul, sonradan heçnə olmamış kimi evə qayıdıb. Lakin buna baxmayaraq özünü şübhəli aparması onu ifşa edib. Aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində oğuluğun səbəblərini müəyyən edib.

Toğrul Səlimzadə isə deyib ki, lazım idi, ona görə, elədim.

Abşeron RPŞ-nın müstəntiqi Ayaz Kazımov bildirib ki, Toğrul evdə bir kimsənin olmadığını bilərək, evin pəncərəsini sındırıb otağa daxil olub. O, bu əməlini kollecdə oxudu zaman yaranan qayıblarla görə etdiyini deyir.

İndi Toğrulun bu əməlinə görə, həm qanun qarşısında, həm də öz vicanı qarşısında cavab verəcək.