Öz-özünə İTƏN FOTO görənləri heyrətləndirir

Alimlər müəyyən müddət baxıldıqdan sonra öz-özünə yoxa çıxan məşhur şəkilin sirrini açıblar. Onlar iddia edir ki, bu passiv adaptasiya ilə bağlıdır.

XALQ,AZ  xəbər verir ki, solğun rənglərlə işlənmiş rəsmə uzun müddət diqqətlə baxdıqdan sonra silinir. Əvəzində sadəcə bəyaz bir təsvir qalır. Çoxsaylı paylaşımlarla məşhurlaşan rəsm haqqında sosial şəbəkə istifadəçiləri də fikir bildirib. Onlar da uzun müddət şəkilə baxdıqda, rənglərin sanki həll olaraq itdiyini deyirlər. Ani olaraq fotodan diqqəti ayırdıqda təsvirin geri qayıtdığı deyilir.

Jurnalistlərin sözlərinə görə, belə optik illüziyalar hələ 1804-cü ildən insanlarda həyəcan yaradıb. Bunu ilk dəfə filosof İqnas Paul Vitalis Troksler (Ignaz Paul Vital Troxler) kəşf edib. Filosof belə effektin mövcudluğu haqqında bəyanatı ilə insanlar arasında xaos yaratmışdı.

Kvinslends Universitetinin psixologiya kafedrasının professoru Derek Arnold isə bunun səbəbini izah etməyə çalışıb. O bildirib ki, rəngli şəklin yox olması insanın beyini ilə bağlıdır. Uzun müddət xüsusi diqqətlə eyni obyektə baxdığımız zaman insan beyini vizual diqqəti dayandırır. Bunda insan sağlamlığını təhlükəyə atacaq heç bir qorxulu faktor yoxdur.

“Suny Downstate” tibb mərkəzinin professoru və “İllüziya Çempionları” adlı kitabın müəllifi Martines-Kondaya (Susana Martinez-Conde) deyib ki, bu effekt “neyron adaptasiyası” adlanır. O bunu maraqlı şəkildə müqayisə edib:

“Biz corabı yalnız ayaqlarımıza geyinən zaman hiss edirik. Müəyyən müddətdən sonra ayaqlarımızda onu hiss etmirik. Gün ərzində insan beyni corablara fikir verməyi dayandırır. Bu eləcə də rəngli təsvirlərə baxan zaman baş verir”.

Alim M.Kondayanın sözlərinə görə, təsvir yalnız o zaman yox olur ki, insanlar iradəli şəkildə gözlərini hərəkət etdirmədən rəsmə baxırlar:

“Bəzən biz düşünürük ki, gözlərimiz tamamilə hərəkətsizdir. Lakin onlar daim mikroskopik hərəkətlər edir. İnsanlar isə bunu hiss etmir”

Elgün