Özcan Dəniz Bakıya gəlir

 

03

Türkiyəli müğənni Özcan Dəniz Bakıya gələcək.

Bu haqda Axşam.az saytına Nizami Kino Mərkəzindən məlumat verilib. Sənətçi konsert vermək üçün yox, “Su və atəş” adlı yeni filminin qala gecəsində iştirak etməkçün paytaxtımıza səfər edəcək. Dekabrın 19-da baş tutacaq gecədə filmin bir çox aktyorları da yer alacaq.

Qeyd edək ki, “Su və atəş” ilk dəfə noyabrın 15-də Türkiyədə nümayiş olunacaq. Filmin rejissorluğunu və baş rol ifaçılığını Özcan Dəniz edib. Ekran işində Yasəmən Allen, Pelin Akil kimi aktyorlar da rol alıb.