ÖZÜ DƏ YÜKSƏK NƏTİCƏ GÖSTƏRDİ, MÜDAVİMLƏRİ DƏ…

Zəhmətinin gözəl bəhrəsini görmək, uğur əldə etmək gələcəkdə seçdiyin sahədə böyük qələbəyə yol açır. Və o qələbədən övladlarımız da bəhrələnir, öz yolunu seçərək, gələcəyin bilikli, elmli, hərtərəfli şəxsiyyətinə çevrilir. Buna isə sözsüz ki, savadlı müəllimlərin, pedaqoqların sayəsində nail olmaq mümkündür. Lakin bir şərtlə; o müəllimlərin özləri də peşəkar müəllim kimi yetişdirilməli, biliyi təkmilləşdirilməlidir…
Məntiq, Kurikulum təlimçisi Zərxanım Piraliyeva məhz həmin müəllimlərdəndir ki, gərgin zəhməti sayəsində bu il ikiqat sevinc yaşadı: Müəllimlərin İşə Qəbulu imtahanından 56 bal topladı, eyni zamanda hazırlaşdırdığı ibtidai sinif müəllimləri də özü kimi yüksək nəticə əldə etdi. Gülnar Həsənova (53 bal), Nailə Rəfiyeva (52 bal), Sara Qəhrəmanova (52 bal), Brilliant Əsgərli (52 bal), Nubar Qəribli (51 bal), Leyla Qasımova (51 bal), İradə Mehdixanlı (51 bal), Nuranə Ziyadova (50 bal), Gulnar Hüseynova (50 bal), Gunel Səfiyeva (50 bal), Nübar Hüseynli (49 bal), Aytac Qasımova (49 bal), Gulnar Aslanova (48 bal), Aysel Cabbarova (48 bal), Əsmər Zeynalova (48 bal) və s. məhz Zərxanım müəllimənin hazırlaşdırdığı müəllimlərdəndir.
Həqiqətən də, keyfiyyətli təhsil parlaq gələcəyin təminatıdır. İnanırıq ki, Zərxanım müəllimə və onun müdavimləri gələcəyimizin güvənci olacaq övladlarımızı elmi bacarıqları ilə ölkəmizi dünyaya tanıdacaq bir mütəxəssis, alim kimi yetişdirməklə Azərbaycan təhsilinin inkişafına öz gözəl töhfələrini verəcək, yeni-yeni nailiyyətlərə, uğurlara imza atacaqlar. Bu yolda Zərxanım müəlliməyə və müdavimlərinə bol-bol uğur və müvəffəqiyyətlər arzulayırıq.

 

Zərxanım müəllimə müdavimləri ilə bir arada: 


 

Orxan