Pərvin: “Aygün mənə zəng edib deyir ki…”

“Kənan M.M. ailəlidir, mənim də gözəl gedən münasibətim var. Biz Kənanla çox gözəl dostuq. Bunu elə şişirtdilər ki, bir araya gələ bilmirik. Kənan Eskişehirdə yaşayır, mən İstanbulda. Kənan işləyir, mən isə təhsil alıram”.
XALQ.AZ xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva “Hər şey daxil” verilişində deyib. O, veriliş zamanı sosial şəbəkədə ona ünvanlanan “Kənan Türkiyəyə gedəndə, Pərvin də getdi. Qayıtdı Bakıya, Pərvin də qayıtdı” sözlərinə cavab verib:
“Niyə bunu qatırsınız bir-birinə? Niyə belə aqresivsiniz? Kənan mənə çox dəstək olub. Onun evinə girirəm, uşaqları, həyat yoldaşı ilə otururam. Sizin yazdıqlarınızı Aygün (Kənan M.M.-in həyat yoldaşı Aygün Mahmudova – red.) görür. Aygün mənə zəng edib deyir ki, Pərvin, yazılanları vecinə alma”.
Aktrisa hazırda həyatında olan şəxsdən söz açıb:
“Öz kişilərimizdən başqa kişi ilə münasibət qura bilmirəm. Kimi deyir türkə, kimi deyir ərəbə ərə gedəcəm. Mən də bu istək yoxdur. Həyatımda olan indiki şəxs də azərbaycanlıdır. Həyatımda yaşamadığım bir münasibət yaşayıram. Aramızda inam var. Bir-birimizə o qədər böyük güvən var ki, bizi xoşbəxt edir”.
Pərvin rejissor Kənan M.M.-lə haqqında ələ salınan “Bacı-qardaş” ifadəsindən danışıb:
“Siz öz evinizdə bacı-qardaş olaraq başqa şey edirsiniz? Niyə bu ifadəni belə qınadınız? Şou-biznesdə yeni söz yayılıb, bu aləmdə olan mənə qardaş deməsin. Sabah bacın çıxıb məşhur olar. Onda hamı ona deyəcək, mənə qardaş demə?”

Yeganə