Pərvin Kərimzadə qəbul keçirdi

Milli Məclisin deputatı Pərvin Kərimzadə YAP Gəncə şəhər Təşkilatında yerləşən ofisində seçiciləri ilə növbəti görüşünü keçirib.

XALQ.AZ  xəbər verir ki, seçicilər millət vəkili ilə görüşdə əsasən məşğulluq, təhsil, sosial, hüquqi və tibbi yardımla, özlərinin və ya ailə üzvlərinin işlə təmin edilməsinə köməklik göstərilməsi ilə bağlı müraciətlər ediblər.

Müraciətlərin əksər hissəsi yerindəcə həll olunub, bəzilərinin həlli məsələsi ilə bağlı seçicilər müvafiq təşkilatlara yönləndiriliblər.

Görüşdə o da vurğulanıb ki, seçicilərin müraciətləri aidiyyatı qurumlara göndərməklə kifayətlənilmir, eyni zamanda onların icra edilməsi daim diqqətdə saxlanılır.

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.