Pərvin Kərimzadənin növbəti görüşü – FOTO/VİDEO

p4 1

37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərdə deputatlığa namizəd Pərvin Kərimzadənin seçicilərlə görüşləri uğurla davam edir. 

XALQ.AZ xəbər verir ki, növbəti görüş Gəncənin Bağbanlar adlanan ərazisinin Təbriz küçəsində olub.

Deputatlığa namizəd seçiçilərin qapılarını döyərək, onların arzu və istəklərini öyrənib, təkliflərini dinləyib. Xoş əhval-ruhiyyədə davam edən görüşlərdə Pərvin Kərimzadə seçicilərini fevralın 9-da seçki məntəqələrinə dəvət edərək, Vətənimizin tərəqqisi, xalqımızın parlaq gələcəyi, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi naminə Yeni Azərbaycan Partiyasına və onun ən layiqli namizədlərinə səs verməyə səsləyib.

Seçicilər Pərvin Kərimzadənin V çağırış Milli Məclisin deputatı kimi fəaliyyətindən razı qaldıqlarını bildirib, ailə üzvləri ilə birlikdə seçki məntəqələrinə gələrək, Yeni Azərbaycan Partiyasının namizədinin yenidən Milli Məclisdə onları təmsil etməsi üçün dəstəkləyəcəklərini qeyd ediblər.

p3
p4
thumbnail p2
thumbnail p5
thumbnail p6

XALQ.AZ