Pərviz Şahbazov Rusiyada səfərdədir

Azərbaycan energetika naziri Pərviz Şahbazov Rusiyanın energetika naziri Aleksandr Novakın dəvəti ilə “Rusiya enerji həftəsi” adlı Beynəlxalq Forumda iştirak üçün Moskvaya səfər edib.

 

XALQ.AZ xəbər verir ki, bu barədə Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

P.Şahbazovun oktyabrın 3-də “Rusiya Enerji Həftəsi”ndə “Energetikanın tənzimlənməsində effektivlik: ölkələrin ümumi və fərqli yanaşmaları“ mövzusunda çıxışı nəzərdə tutulub.

Oktyabrın 3-7-də keçiriləcək tədbirdə Rusiya Prezidenti Vladimir Putinlə yanaşı, bir çox ölkələrin yüksək səviyyəli hökumət nümayəndələri, yerli və beynəlxalq enerji şirkətlərinin rəsmiləri iştirak edəcəklər.

P.Şahbazov həmçinin “Siemens” şirkətinin “Rusiya Enerji Həftəsi”ndə təşkil olunan “Enerji sisteminin gələcəyi” adlı tədbirinə də qatılacaq.

Qeyd edək ki, Azərbaycanla Rusiya arasında energetika, neft-qaz sahələrində sıx əlaqələr mövcuddur və bu əməkdaşlıq yeni layihələrlə möhkəmləndirilir.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.