Pərvin Kərimzadə: Azərbaycanın güclü iqtisadi imkanları var

Ölkəmizin dünyada artan siyasi nüfuzu ilə yanaşı iqtisadi reytinqi də inkişaf edib. Azərbaycan dayanıqlı sosial-iqtisadi inkişafı ilə dünyada gedən rəqabətlərə tab gətirərək sosial dövlət modelinin ixracatçısına çevrilib. İqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişafı, aparılan davamlı iqtisadi islahatlar və iqtisadiyyatın diversifikasiyası qeyri-neft sektorunda əhəmiyyətli dərəcədə irəliləyişinə səbəb olub.

XALQ.AZ xəbər verir ki, bunu yenigence.com – a millət vəkili Pərvin Kərimzadə bildirib. Millət vəkili qeyd edib ki, məhz buna görə, iyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirdə ölkəmizin inamla inkişaf etdiyini, böyük infrastruktur layihələrin icra olunduğunu diqqətə çatdıraraq qeyd edib ki, ümumi iqtisadi vəziyyət çox müsbətdir və bu, özünü rəqəmlərdə də əks etdirir. İqtisadiyyatımız bu ilin altı ayında 2,4 faiz, qeyri-neft sektorumuz 3,2 faiz artmışdır. Ən sevindirici göstərici qeyri-neft sənayesindədir. Burada artım 15,7 faizdir. Bu, onu göstərir ki, son illərdə sənayeləşmə siyasətimiz gözəl nəticələr verir.

Əlbəttə ki, Azərbaycanın hərtərəfli və dayanıqlı sosial-iqtisadi inkişafının stimullaşdırılmasının təməlində dövlət Başçısı İlham Əliyevin imzaladığı fərman və sərəncamlar, təsdiqlədiyi dövlət proqramları dayanır. Ölkə Prezidentinin məqsədyönlü islahatları respublikada sosial-iqtisadi sabitliyin davam etməsinə, qeyri-neft sənayesində, kənd təsərrüfatında artım əldə olunmasına imkan verib. İqtisadiyyatın neftdən asılılığının minimuma endirilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində tədbirləriin uğurla davam etdirilməsi istənilən hədəflərə nail olmağa əlverişli şərait yaradıb. Kənd təsərrüfatında rekord göstərici əldə edilib, qoyulan investisiyalar, aparılan islahatlar, verilən subsidiyalar, kənd təsərrüfatına elmi yanaşma öz nəticəsini verib.

Millət vəkili bildirib ki, ticarət dövriyyəsində də ürəkaçan nailiyyətlər əldə edilib. Altı ayda ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulub. Ölkə əhalisinin gəlirlərinin 6,6 faiz artması isə vətəndaşların sosial müdafiəsinin daha da güclənməsinin, firavan həyatının təminatına çevrilib.

“Azərbaycan dövlətinin sosial iqtisadi inkişafına uyğun, dövlət büdcəsinin imkanlarına uyğun həyata keçirilən inqilabi islahatlar həm də sübut edir ki, ölkəmizin güclü iqtisadi imkanları var Bu gün sosial sahədə atılan addımların təməlində isə ulu öndər Heydər Əliyev məktəbinin ən istedadlı yetirməsi olan İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları dayanır”-deyə millət vəkili vurğulayıb.

 

Orxan