Pərvizlə Türkanın görüntüləri yayıldı-Video

25 gün əvvəl ayrıldıqlarını açıqlayan duet ortaqları meyxanaçı Pərviz Bülbülə və müğənni Türkan Vəlizadə barışıb.

XALQ.AZ xəbər verir ki, onlar birlikdə “Xəzər” TV-də yayımlanan “Hər şey daxil” proqramına çıxıb.

Pərviz barışığa belə münasibət bildirib:

Pərvizlə Türkan barışıb efirə çıxdı - Video

“Elə çox darıxırdım. Türkan çörək tapacaq. Mən onun xətrinə dəyməmişəm. Oldu keçdi. İstəmirəm çox sıxılsın. Onun atası-anası məni çox istəyir. Əsas bu, şou deyildi. Türkanla diqqətsizliyə görə aramız dəymişdi. Diqqətli olmağa görə də barışmışıq”.

T.Vəlizadə isə “O qədər göz öyrəşib ki… Bir yerdə daha maraqlı alınır, daha gözəl alınır” deyə, söyləyib.

Orxan