Pakistandan Azərbaycana 33 min turist gəlib

Bu il Pakistandan Azərbaycana səfər edən turistlərin sayı açıqlanıb.

Dövlət Turizm Agentliyindən  verilən məlumata görə, 2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycana səfər edən pakistanlı turistlərin sayı 33 min nəfər təşkil edib. Bu da ötən ilin eyni dövrünə nisbətdə 11.8 faiz artım deməkdir.