“Palmali”nin tankeri qəza keçirdi
Qara dənizdə Novorossiyk limanında “Natiq Əliyev” tankeri “Beqoniya” yük gəmisi ilə toqquşub.
XALQ.AZ Rusiya mətbuatına istinadən məlumat verir.
Bölgənin fövqəladə hallar xidmətinin məlumata görə, onlardan birinə cüzi ziyan dəyib.
Hadisə zamanı xəsarət alan yoxdur. “Qara dənizdə lövbərdə “Natiq Əliyev” gəmisi hava şəraiti ilə əlaqədar “Begonia S” gəmisi ilə toqquşub. Nəticədə “Begonia S” gəmisinin pruvasına cüzi ziyan dəyib. Ölən və ya xəsarət alan olmayıb, ətraf mühitin çirklənməsi müşahidə edilməyib”, – agentliyin mənbəsi bildirib.
Rusiyanın Dəniz və Çay Nəqliyyatı üzrə Federal Agentliyin məlumatına görə, gəmilərdə neft sızma təhlükəsi yoxdur.
Qeyd edək ki, Azərbaycanın energetika naziri mərhum Natiq Əliyevin adına verilən ən böyük tankerdir və “Palmali” şirkətlər qrupuna aiddir.