“Palmali”dən növbəti manipulyasiya, yoxsa sərfəli “susqunluq”?

Son günlər sosial şəbəkələrdə “Palmali” Şirkətlər Qrupunun prezidenti, hazırda həbsdə olan Mübariz Mənsimovun koronavirus pandemiyasından zərər çəkmiş 500 min Azərbaycan vətəndaşına yardım edəcəyi haqda məlumatlar dolaşır. 

XALQ.AZ-ın verdiyi xəbərə görə, qeyri-rəsmi kanallardan yayılan bu məlumatlar günlər keçməsinə baxmayaraq, “Palmali” Şirkətlər Qrupu tərəfindən nə təsdiq, nə də təkzib edilir. Məlumdur ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da tətbiq olunan karantin rejimi bir çox aztəminatlı ailələrin maddi durumuna mənfi təsir edib. Azərbaycan dövləti, rəsmi qurumlar, özəl şirkətlər və ayrı-ayrı ictimai fəallar aktiv şəkildə kampaniyalar həyata keçirərək, on minlərlə ailəyə dəstək olur, bu çətin günlərdə insanlara yardım etməyə çalışırlar.   

Əlbəttə, Mübariz Mənsimovun da belə bir qərar verməsi müsbət hal olardı. Amma Mənsimovun şirkətindən yayılan mövzuya susqun münasibət, məlumata heç bir reaksiya verilməməsi bir tərəfə qalsın, yaranan digər suallar da cavabsız qalır. Sosial şəbəkələrdə məlum paylaşımları görən aztəminatlı insanlar istər-istəməz sual verir: bu yardımlar harda, necə və hansı formada ediləcək? Ümimiyyətlə, hazırda həbsdə olan, külli miqdarda kredit borcu olan, çoxsaylı məhkəmə cərimələri ilə üz-üzə qalan Mənsimov bu gün doğrudanmı 500 min insana yardım etmək iqtidarındadır? Bu kimi suallara cavab almaq üçün “Palmali” Şirkətlər Qrupunun rəsmi təmsilçisi Fidan Quliyevanın Whatsapp nömrəsinə göndərdiyimiz suallar təəssüf ki cavabsız buraxıldı. Mövzunun həssaslığını düşünəndə, “Palmali” təmsilçisinin susqunluğunu anlamaq olmur və əlavə suallar yaradır. Mövzunu araşdırmaq üçün, “Palmali”yə yaxınlığı ilə seçilən və son zamanlar Mənsimovun müdafiəsi istiqamətində fəallıq göstərən, özünü Türkiyədə fəaliyyət göstərən “SHA” xəbər agentliyinin rəhbəri kimi təqdim edən Sahil İmanovla əlaqə saxladıq.S.İmanov da öz növbəsində yayılan bu paylaşımlardan xəbərdar olduğunu, amma bu barədə nə Mənsimovun ailəsi, nə vəkilləri, nə də “Palmali” şirkəti tərəfindən heç bir rəsmi açıqlama olmadığını bildirdi: “Xəbəri nə təsdiq, nə də təkzib edirik”. “Palmali” rəsmilərinin susqunluğu və S.İmanovun da qeyri-müəyyən cavabı ortada minlərlə insanın hazırkı həssas durumu üzərindən manipulyasiya izi axtarmağa əsas verir. Əks halda, şirkət mövzunun həssalığnı nəzərə alıb, ortaya konkret münasibət qoyardı.

Bu kimi suallara cavab almaq üçün “Palmali” Şirkətlər Qrupunun rəsmi təmsilçisi Fidan Quliyevanın Whatsapp nömrsinə göndərdiyimiz suallar təəssüf ki cavabsız buraxıldı. Mövzunun həssaslığını düşünəndə, “Palmali” təmsilçisinin susqunluğunu anlamaq olmur və əlavə suallar yaradır. Mövzunu araşdırmaq üçün, “Palmali”yə yaxınlığı ilə seçilən və son zamanlar Mənsimovun müdafiəsi istiqamətində fəallıq göstərən, özünü Türkiyədə fəaliyyət göstərən “SHA” xəbər agentliyinin rəhbəri kimi təqdim edən Sahil İmanovla əlaqə saxladıq. S.İmanov da öz növbəsində yayılan bu paylaşımlardan xəbərdar olduğunu, amma bu barədə nə Mənsimovun ailəsi, nə vəkilləri, nə də “Palmali” şirkəti tərəfindən heç bir rəsmi açıqlama olmadığını bildirdi: “Xəbəri nə təsdiq, nə də təkzib edirik”.

“Palmali” rəsmilərinin susqunluğu və S.İmanovun da qeyri-müəyyən cavabı ortada minlərlə insanın hazırkı həssas durumu üzərindən manipulyasiya izi axtarmağa əsas verir. Əks halda, şirkət mövzunun həssalığnı nəzərə alıb, ortaya konkret münasibət qoyardı.