Papa pedofil keşişlərə görə üzr istədi

Papa

Vatikanda keçirilən katoliklərin ümumi iclası zamanı papa Fransisk Beynəlxalq Katolik Uşaq Bürosu mənsublarını qəbul edib.

Xalq.az-ın xəbərinə görə, papa katolik kilsəsinin ABŞ, İrlandiya başda olmaqla, digər ölkələrdən olan din xadimləri ilə görüşündə dünya daxilində gedən proseslərdən, cəmiyyətdəki problemlərdən, xüsusən də keşişlərin pedofil cinayətlərində adlarının hallanmasından danışıb.

“Azyaşlılara təcavüz edildiyinə üçün bəzi rahiblərin məsuliyyətini öz üzərimizə götürmək məcburiyyətindəyik. Onların səbəb olduğu bu olaylara görə üzr istəyirəm” – deyə papa Vatikandakı görüşündə səsləndirib.

Uşaqların işçi, qulluqçu və ya əsgər kimi istifadə edilməsinə də qarşı çıxan və bu istiqamətdə layihələr hazırlanmasının vacibliyinə toxunan Papa Fransisk, hər uşağın fərdi inkişafını və xoşbəxt böyüməsini təmin edəcək ana və atadan ibarət ailədə böyüməyə haqqı olduğunu bildirib.