Parlament iyulun 9-da nələri müzakirə edəcək…

Azərbaycan parlamentinin mövbədənkənar sessiyasının növbəti iclasları iyulun 9 və 12-də keçiriləcək.

XALQ.AZ xəbər verir ki, Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu Modern.az-a bildirib ki, növbədənkənar sessiyanın iyulun 9-da keçiriləcək iclasının gündəliyinə 38 məsələ daxil edilib.

“Bunlardan bir neçəsini diqqətinizə çatdırıram:

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombdsman) haqqında” və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi üçüncü oxunuşda müzakirə olunacaq.

Bundan əlavə, İnzibati Prossesal Məcəllə, İnzibati Xətalar Məcəlləsi, Mülki Məcəllə, Cinayət Prossesal Məcəlləsi, Cinayət Məcəlləsi haqqında qanunlara dəyişiklik edilməsi üçüncü oxunuşda müzakirəyə çıxarılacaq.

Həmçinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Dövlət satınalmaları haqqında”, “Dövlət rüsumu haqqında” qanunlara dəyişiklik edilməsi məsələləri də üçüncü oxunuşda müzakirə olunacaq.

“Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanununa dəyişiklik edilməsi, “Vergi Məcəlləsi haqqında” qanuna dəyişiklik edilməsi məsələsinin isə ikinci oxunuşda müzakirə edilməsi nəzərdə tutulur.

 

Orxan