Parlamentdə qaz problemi

74

 

 

Milli Məclisdə yeni tikilən binalara qazın verilməsi məsələsi müzakirə olunub. ANS PRESS-in məlumatına görə, deputat Qənirə Paşayeva vətəndaşlar parlamentə müraciət etdiklərinid eyib. “Xahiş ediblər ki, yeni tikilən binalara qaz verilsin. Qazın verilməsi orada yaşayan insanların günahı deyil. Onlara binaya köçmək üçün icazə verilib, ona görə də onlar orada yaşayırlar. Həmin binalarada su, elektrik enerjisi olsa da, qaz verilmir”.

Millət vəkili bu problemin vətəndaşların büdcələri üçün böyük problem olduğunu deyib. O. “Azəriqaz”da məsələyə aydınlıq gətirməli olduğunu qeyd edib. Deputatın sözlərinə görə, bu məsələdə tikinti şirkətləri də məsuliyyət daşıyırlar: “Onlar bir binanı təhvil vermədən ikinci binanı tikilir. Hesab edirəm ki, parlament yeni binalara qaz verilməsi məsələsini həll etmək üçün əlindən gələn dəstəyi göstərəcək”.

O qeyd edib ki, keçən iclas da bu məsələyə toxunub və özü bu məsələyi araşdırıb. “Həmin binaların 70%-də tüstü bacaları yoxdur. Həmin binalara qazı verək, qəfildən parltlayış baş versə, buna kim cavab verəcək? Bundan başqa həmin binalara qaz verilməsi üçün binanın 70% dolması lazımdır”.

ARDNŞ prezidenti, millət vəkili Rövnəq Abdullayev isə qaydalara riayət etməyən tikinti şirkətlərinin tikdiyi binalara qaz verilməyəcəyini deyib. O bildirib ki, yüksək tezliklə tikilən binaların layihələrində olan problemlərlə bağlı olaraq həmin binalara qaz verilmir. “MTK-lar həmin binaları satırlar, su, işıq verəndən sonra qazın olmaması məsələsini qaldırırlar. “Azəriqaz” təhlükəsizlik qaydalarına riayət edərək yeni binalara bir həftə müddətinə qaz vermək imkanı var”.

Parlamentin spikeri Oqtay Əsədov isə bildirib ki, qaza binanı tikən şirkətlərin cavabdeh olduğunu deyib. O, qeyd ediki, bu gün tikilib istifadəyə verilən binaların 70 faizi boşdur. “İnsanlar ora köçməlidirlər. hamı qzın verilməməsindən şikayət edir. Amma qaz təhlükəlidir. əgər Azərbaycanda 9-14 mərtəbəli binalarda yanğın olsa oradan insanlar sağ çıxmayacaqlar. Çünki məndə olan məlumata görə, binaların əksəriyyətinin tüstü bacası yoxdur”.