Parlamentdə sosial şəbəkələrlə bağlı məsələ qaldırıldı

“ABŞ kimi dünyada demokratiyanın göstəricisi sayılan ölkədə sosial şəbəkələrlə bağlı qərar qəbul olunub”.

XALQ.AZ-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı deputat Cavid Osmanov deyib. O bildirib ki, belə bir qanunun Azərbaycanda da qəbulunun vaxtı yetişib:

“Bununla saxta profillər üzərindən ölkəmizə qarşı şər-böhtan atanların qarşısı alınar. Son zamanlar Milli Şura ölkəmizdə ictimai-siyasi sabitliyi pozmağa cəhd edir. Xahiş edirəm ki, Milli Məclis gələcəkdə belə bir qanun layihəsinin qəbul olunmasına öz töhfəsini versin”.