“Partiya xətti ilə 13234 ailəyə ərzaq yardımı çatdırılıb”

Bu gün Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Koronavirus pandemiyasına qarşı mübarizədə dövlətin həyata keçirdiyi işlər və vətəndaş məsuliyyəti” mövzusunda videokonfrans keçirildi.

XALQ.AZ xəbər verir ki, bu barədə məlumatı millət vəkili Elnur Allahverdiyev öz Facebook səhfəsində yazıb:

“YAP koronavirusla mübarizə məqsədilə yaradılmış fonda 539 min manat vəsait köçürüb. Vəsaitin 239 min manatı partiya büdcəsindən ianə edilib, 300 min manat isə əməkdaşların bir aylıq əməkhaqlarının fonda köçürülməsi ilə. Partiya xətti ilə 13234 ailəyə ərzaq yardımı çatdırılıb.

Heydər Əliyev Fondunun imkansız ailələr üçün ayırdığı ərzaq payının 33 mindən çoxunu ünvanlara partiyanın könüllüləri veriblər.


Baş nazirin müavini, YAP Sədrinin müavini və icra katibi Əli Əhmədovun rəhbərliyi ilə keçən videokonfransda dünyada və ölkəmizdə pandemiyanın hazırki səviyyəsi və fəsadları, hökumətin həyata keçirdiyi tədbirlər müzakirə olundu. Hökümət Covid-19 virusu ilə mübarizədə 3 istiqamətdə fəaliyyət göstərir. Pandemiyanın vətəndaşlarımızın sağlamlığına mənfi təsirinin minimallaşdırılması, yaranmış vəziyyətlə bağlı əhalinin imkansız qisminin sosial müdafiəsi və iqtisadiyyata dəymiş zərərin aradan qaldırılması. Konfrans iştirakçıları – Milli Məclisin deputatı, Səhiyyə komitəsinin rəhbəri Əhliman Əmiraslanov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev, Milli Məclisin deputatı Rəşad Mahmudov koronavirusun təhlükələri və dövlətin gördüyü işlərlə bağlı firiklərini bildiridilər. Videokonfransdan hasil olunan əsas nəticə budur ki, vətəndaşlar sosial məsuliyyət amilinə ciddi önəm verməlidirlər. Bu işdə əhalinin maarifləndirilməsi vəzifəsi bizim hamımızın üzərinə düşür”.