Partladılan binadan rəngarəng şou (VİDEO)

Nyu-York ştatının mərkəzində Olbani şəhərində 1920-ci ildə tikilən, 11 mərtəbəli “Wellington Hotel Annex” binasını partladıblar.

XALQ.AZ-ın məlumatına görə, ABŞ-da yararsız binaların yıxılması üçün partlatma üsulu adi olsa da bu dəfə, mühəndislər fərqli partlayışa imza atıblar. Binanın uzaqdan idarə ilə partladılması üçün məxsusi yerlərə dinamitlərdən əlavə, mümkün olan qədər pirotexnika da yerləşdirilib ki, bu da partlayışı əsil effektli şouya şevirib.

Partlayışı təhlükəsiz məsafədən tənbəllik etmədən saat 9.30-da oyanan yüzlərlə insan müşaidə edib. Dağıntıların təmizlənməsi üçün ətraf küçələr də boşaldılmışdı.

Qeyd edək ki, bu yerdə yeni otel tikmək planlaşdırılır.