“PAŞA Holding” Ağcabədidı 300 ailəyə ərzaq yardımı payladı – Foto

WhatsApp Image 2020 08 17 at 12 56 03 2

Ölkəmizdə koronavirus pandemiyasının yayılması səbəbindən elan olunmuş xüsusi karantin rejimi müddətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında qabaqlayıcı tədbirlərin həyata keçirilməsi davam etdirilir, xüsusi ilə aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onlara maddi və mənəvi dəstək göstərilməsi istiqamətində bütün imkanlardan istifadə olunur.
 

Ölkə Prezidentinin əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində verdiyi hər bir qərar, atdığı hər bir addım cəmiyyətdə razılıqla qarşılanır.

XALQ.AZ xəbər verir ki,”PAŞA Holding” MMC Heydər Əliyev Fondunun “Biz Birlikdə Güclüyük!” layihəsinə qoşularaq, Ağcabədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ağcabədi rayonunda sosial aksiya həyata keçirmişdir.


Ağcabədi şəhəri, qəsəbə və kəndlərində yaşayan sosial müdafiəyə ehtiyacı olan 300 ailəyə gündəlik tələbatları üçün lazım olan ərzaq məhsulları verilmişdir. Layihə həmçinin yaşı 65-dən yuxarı şəxsləri, Qarabağ qaziləri, şəhid və  aztəminatlı ailələri də əhatə etmişdir.

Rayon sakinləri dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmalarına və karantin rejimi müddətində onlara verilən sosial dəstəyə görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmiş, Heydər Əliyev Fonduna və “PAŞA Holding” MMC-yə təşəkkürlərini çatdırmışlar.

WhatsApp%20Image%202020 08 17%20at%2012 56 04
WhatsApp%20Image%202020 08 17%20at%2012 56 03%20(2)
WhatsApp%20Image%202020 08 17%20at%2012 56 03%20(1)

XALQ.AZ